"Oğru dünyası" ilə əlaqədar olan beş nəfər SAXLANILDI
    • 27-10-2023, 13:52
    • 360

"Oğru dünyası" ilə əlaqədar olan beş nəfər SAXLANILDI

Mərkəzi Kriminal Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Baş Prokurorluğun əməkdaşları ilə birgə həyata keçirdikləri kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində Tbilisi və Batumi şəhərlərində 5 nəfəri həbs ediblər.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən şəxslər “oğru dünyasına üzv olmaq”, “oğru dünyası üzvünə istinad etmək”, “oğru dünyası”nın fəaliyyətinə dəstək vermək və qrup halında zorakılıq ittihamları ilə həbs ediliblər.

Haqqlarında ittiham irəli sürülən şəxslər 1985-ci il təvəllüdlü Q.A., 1974-cü il təvəllüdlü M.A., 1988-ci il təvəllüdlü N.A., 1976-cı il təvəllüdlü G.G. və xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü R.H.-dır.

Bildirilir ki, sözügedən şəxslər xarici ölkə vətəndaşının müraciəti əsasında Batumidə tikinti şirkətlərindən birində yaranmış maliyyə mübahisəsini "həll etməyə" cəhd ediblər. Onlar şirkətin səhmdarlarından birindən 75 min ABŞ dolları tələb ediblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı və 223-cü maddələrinin müvafiq bəndləri əsasında başladılıb.

Təqsirləndirilən şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Aynurə