Xüsusi ƏMƏLİYYAT: Cinayətkar dəstə üzvləri belə SAXLANILDI - ANBAAN VİDEO
    • 23-01-2024, 23:51
    • 379

Xüsusi ƏMƏLİYYAT: Cinayətkar dəstə üzvləri belə SAXLANILDI - ANBAAN VİDEO

Türkiyə polisi uğurlu əməliyyata imza atıb. Türkiyədə İsmail Sünerin başçılıq etdiyi mütəşəkkil cinayət dəstəsi məhv edilib.

Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya Adana və Kahramanmaraşda həyata keçirilən əməliyyatın təfərrüatları barədə açıqlama verib.

R TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya mərkəzli Adana və Kahramanmaraşda eyni vaxtda "Qəfəs-32" adlı əməliyyat keçirilib. Əməliyyat zamanı İsmayıl Sünerin başçılıq etdiyi cinayət qrupu məhv edilib. Daxili İşlər Naziri Ali Yerlikaya əməliyyat görüntülərini paylaşıb. Əməliyyatda 11 şübhəli tutulub.

"Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Allah ayağınıza daş dəyməsin. Millətimizin duaları sizinlədir. İstənilən ölçüdə mütəşəkkil cinayətkar təşkilatları sıradan çıxaracaq və onları ədalət qarşısında cavablandıracağıq",-deyə Əli Yerlikaya bildirib.