-
- 4-11-2023, 11:42
- 227
Türkiyədə əməliyyat: 216 nəfər saxlanıldı - VİDEO
İçki qaçaqmalçılığı və saxtakarlığının qarşısını almaq üçün Türkiyə daxilində eyni vaxtda həyata keçirilən “Çengel” əməliyyatında 216 şübhəli saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sosial media hesablarından verilən açıqlamaya görə, əhalinin həyat təhlükəsizliyini və sağlamlığını təhdid edən, eyni zamanda ölkənin külli miqdarda gəlir itirməsinə səbəb olan qeyri-qanuni və saxta içki ticarətinin qarşısının alınması məqsədi ilə Təhlükəsizlik, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 81 vilayətdə əməliyyat keçirilib.
Əməliyyat zamanı 30 min 126 litr etil spirti, 15 min 300 litr qaçaqmalçılıq yolu ilə gətirilən saxta spirt, 3 min 132 şüşə qaçaqmalçılıq yolu ilə gətirilən saxta spirtli içkilər, 1497 boş butulka, 2 min 364 banderol, 2 min 658 min ətirli içki müsadirə edilib, 25 qaçaqmal və saxta içki fabriki aşkar edilib.
Gəlir İdarəsi qruplarının da iştirak etdiyi əməliyyatda təxminən 43 milyon lirə vergi itkisinin qarşısı alınıb.
Nazir Yerlikaya əməliyyatı həyata keçirən qrupları təbrik edərək, “Ölkəmizin hər yerində qaçaqmalçılar və saxtakarlara qarşı əməliyyatlarımız getdikcə daha çox davam edəcək”, - deyə qeyd edib.
Akqabay