-
- 24-01-2024, 11:30
- 202
Bu ölkənin xarici işlər naziri istefa verdi
Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku istefa verdiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ölkə prezidenti Maya Sandu tərəfindən qoyulmuş xarici siyasət məqsədlərini uğurla yerinə yetirdikdən sonra baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verirəm və mən artıq dincəlmək istəyirəm”, - deyə Popesku bildirib.
Onun sözlərinə görə, o, vəzifəsini tərk etdikdən sonra Avrointeqrasiya prosesində hökumətə və onun komandasına dəstəyini davam etdirəcək.
Mehriban Mirzəzadə