-
- 24-01-2024, 20:44
- 1 352
Qalmaqallı aşığın Nəfəs haqqında iddiasına CAVAB: “Onun efirə yolunu açan...”
Aşıq Namiq Fərhadoğlunun “müğənni Nəfəsi ilk dəfə efirə mən çıxarmışam” iddiasına qarşı tərəfin cavabı özünü çox gözlətməyib.
News24.az xəbər verir ki, Nəfəsin prodüseri Rovik Səfərli Yenicag.az-a açıqlamasında təmsil etdiyi müğənninin efirə yolunun açılmasında rolu olan aparıcının kimliyinə də aydınlıq gətirib:
“Nəfəs xanım efirə yeni çıxdığı vaxtlarda Namiqin də verilişində olub. Namiq dəvət edib, o da gedib oxuyub. Yəqin bunu da dəstək məqsədi ilə edib, bu da Namiqin böyüklüyüdür.
Amma bu o demək deyil ki, Nəfəsi efirə o gətirib. Keçmiş “Lider” TV-də Namiqin verilişi yayımlanırdı, Nəfəs o verilişdə oxuyub. Amma Nəfəs xanım artıq o zaman da məşhur idi. Onun “Sarı bülbül” mahnısı sosial şəbəkələrdə yayılmışdı və sevilirdi.
Namiq də həmin mahnını görüb, Nəfəsi verilişinə çağırmışdı. Nəfəsin tanınmasında, səhnəyə gəlməsində Aqşin Fatehin böyük zəhməti olub. Nəfəs xanımın efirə yolunu açan Namiqin yox, Tolikin verilişi olub. Amma yenə də deyirəm, Namiq də sağ olsun, çağırıb verilişinə, o da gedib”.