Sərxan Kərəmoğlunun verilişini ona verdilər
    • 30-08-2018, 11:41
    • 1 266

Sərxan Kərəmoğlunun verilişini ona verdilər

Sərxan Kərəmoğlunun aparıcılığı ilə Lider Televiziyasında yayımlanan “Xoş gəldin” verilişini idarə edəcək şəxs bəlli olub.

Kərəmoğlunun aparıcılığı ilə efirə gedən “Xoş gəldin” verilişi gələn həftənin çərşənbə axşamından etibarən həftə içi beş gün canlı yayımlanacaq. Telekanalın rəhbəri verilişi aşıq Namiq Fərhadoğluna həvalə edib. Verilişin formatı isə dəyişməyəcək.

Saytımıza açıqlama verən Namiq Fərhadoğlu xəbəri təsdiqləyib.

Xatırladaq ki, Mətanət Əsədova ilə qalmaqal yaşadıqdan sonra Sərxan Kərəmoğlu sözügedən verilişdən uzaqlaşdırılıb.

//Yenicag