BAKIDA ŞOK HADİSƏ:
    • 24-01-2024, 23:20
    • 374

BAKIDA ŞOK HADİSƏ: "Avtoş Cabir" qətlə YETİRİLDİ - DETALLAR

2018-ci il noyabrın 17-də Bakının Şüvəlan qəsəbəsində qətl hadisəsi baş verib. Almaz İldırım küçəsi 112 ünvanında əvvəllər məhkum olmuş Ehtiram Şərifov odlu siahdan atəş açaraq 1990-cı il təvəllüdlü Cabir Babayevi yaralayıb və hadisə yerindən qaçıb. Zərərçəkən xəstəxanaya çatdırılsa da, kəskin qan itirmədən həyatını dəyişib.  Ertəsi gün Şərifov könüllü Xəzər rayon birinci polis şöbəsinə təslim olub. Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara əsasən, qətlə yetirilən Cabir Babayev "Cabir 012" ləqəbi ilə tanınıb. 

News24.az xəbər verir ki, Referans.az  Bakıda baş vermiş cinayətin təfərrüatlarını təqdim edir:

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü "Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda"və 221.3-cü  "Xuliqanlıq, silah və ya silah qismində  istifadə olunan əşyalarla  törədildikdə" maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum olunub.

Nəsimi Rayon Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 322-ci "Özbaşınalıq" maddəsi ilə 500 manat cərimə cəzasına məhkum olunub. 

Həbsxanada olarkən Şərifov növbəti cinayət hadisəsini törədib. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.

Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatlara əsasən Cabir Babayev Bakıda etdiyi avtoxuliqanlıqlarına görə dillər əzbəri olub. O, sürdüyü maşının nömrəsinə əsasən "Cabir 012" ləqəbi ilə tanınıb. Sosial şəbəkələrdə Cabirin avtoxuliqanlıq etdiyi görüntülər olduqca çoxdur. Hətta onun adına mahnıda ifa edilb.