-
- 4-07-2022, 14:51
- 395
Bakıda məktəbin stadionunda şagird qanlı cinayət törətdi
Bakı şəhər Nəsimi ryonu ərazisində yerləşən 19 saylı orta məktəbin stadionunda bıçaqlanma hadisəsi baş verib.
News24.az məlumatına görə, hadisə ötən il oktyabrın 21-də gecə saat 23 radələrində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Cabir İmanov, dostu Ceyhun, tanışı Kamran və daha bir nəfərlə birgə yaşadıqları mikrorayonda – metronun “Əcəmi” stansiyasının yaxınlığında yerləşən “50 qəpik” adlı kafeyə çay içməyə gediblər. Burada Ceyhunla Kamran arasında mübahisə yaranıb. Daha sonra dostlar kafedən çıxaraq yaxınlıqdakı 19 saylı orta məkətəbin stadionuna gediblər. Stadionda Cabir dostların arasına girərək mübahisəni dayandırmağa çalışıb. Lakin bu zaman Kamran 11-ci sinif şagirdi olan Cabirin ünvanına söyüş söyüb. Məktəbli oğlan da üzərindəki bıçaqla ona ağır xəsarət yetirib.
Hadisədən sonra Cabir İmanov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Bıçaqlanan gənc Cabirdən şikayətçi olmadığını və onu bağışladığını deyib. Cabir də çox peşman olduğunu qeyd edib.
Məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını, tərəflərin barışmasını, Cabirin ilk dəfə cinayt törətməsini və sair nəzərə alaraq onun 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə hökm edib.