Bakıda parkda dəhşətli hadisə
    • 15-04-2019, 14:26
    • 1 313

Bakıda parkda dəhşətli hadisə

Bakıda mübahisə edən kişilərdən biri digərini “atvyortka” ilə vurub yaralayıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 12-də günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib. 1962-ci il təvəllüdlü Əfqan Qurbanovu mübahisə zəminində qonşusu, 1951-ci il təvəllüdlü Bayramağa Novruzov “atvyortka” ilə qarnından vuraraq xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, B.Novruzov şübhəli şəxs qismində tutulub.