Binəqədidə atasını öldürən MÜĞƏNNİDƏN Ali Məhkəməyə MÜRACİƏT
    • 15-06-2019, 15:03
    • 1 226

Binəqədidə atasını öldürən MÜĞƏNNİDƏN Ali Məhkəməyə MÜRACİƏT

2017—ci ilin yanvarında Binəqədi rayonunda atasını qətlə yetirmiş Novruzov Laçın Mehman oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəllsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmiş Laçın Novruzov işə yenidən baxılmasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərarın dəyişdirilməsini xahiş edib. İş hakim Tahir Kazımovun icraatına verilib.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Müşfiq qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə - 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.

Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib. Hadisəni törədən gənc müğənni olub və Asəf Zeynallı adına musiqi kollecinin tələbəsi olub.