Ayda qəribə daşlar aşkar edildi
    • 26-01-2024, 15:32
    • 297

Ayda qəribə daşlar aşkar edildi

Ayda Rayner Qamma bölgəsində qeyri-adi maqnit xüsusiyyətlərinə malik daşlar aşkar edilib. 

News24.az xəbər verir ki, bu barədə Münster Universitetinin press-relizində məlumat verilib.

Universitetin məlumatına görə, bu daşlar Aydakı digər oxşar obyektlərdən fərqli olaraq işığı əks etdirir. 

Universitet alimi Ottaviano Rueschanın fikrincə, Ayın maqnit xassələri haqqında hazırkı biliklər məhduddur, ona görə də yeni süxurlar Yerin peykinin və onun maqnit nüvəsinin tarixinə işıq salacaq.

Nəzrin