Məşhur yazıçı axtarışa verildi
    • 26-01-2024, 23:44
    • 226

Məşhur yazıçı axtarışa verildi


Məşhur rusiyalı yazıçı Boris Akunin axtarışa verilib.

News24.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasından məlum yerləşdirilib.

"Qriqori Çxartişvili (yazıçının əsl adı). Axtarış üçün əsaslar: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - deyə kartoçkada bildirilir.

Lakin onun hansı cinayət maddəsi ilə təqib olunduğu açıqlanmır.

Akunin Rusiya Federasiyasından mühacirət edib və dəfələrlə Ukrayna müharibəsinin əleyhinə çıxış edib.