"Eurovision" qalibi Rusiyanın "qara siyahısı"na düşdü: 50 il müddətinə..
    • 20-11-2023, 15:40
    • 216

"Eurovision" qalibi Rusiyanın "qara siyahısı"na düşdü: 50 il müddətinə..

"Eurovision 2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi, erməni əsilli ukraynalı müğənni Camala (əsl adı: Susanna Camaladimovna) cinayət maddəsi ilə axtarışa verilib. 

News24.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Camaladimovna Susanna Alimovna Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", -  məlumatda deyilir.

Məlumat bazasında axtarışın hansı maddə ilə elan edildiyi göstərilmir.

İstintaqın “Rusiya ordusu ilə bağlı yalan xəbərlərin yayılması” işi ilə bağlı ola biləcəyi istisna edilmir.

2022-ci ilin aprelində müğənni 50 il müddətinə Rusiyaya girişi qadağan edilən ukraynalı sənətçilərin siyahısına daxil edilib.

Ayşən