Yol qəzasında 5 NƏFƏR ÖLÜB, 8 NƏFƏR YARALANIB
    • 28-01-2024, 10:29
    • 117

Yol qəzasında 5 NƏFƏR ÖLÜB, 8 NƏFƏR YARALANIB


Rusiyanın Krasnodar diyarında avtobusun iştirakı ilə beş nəfərin ölümü, səkkiz nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

R TV xəbər verir ki, Moskvadan Nalçikə hərəkət edən “Neoplan” avtobusu “Hyundai” yük avtomobili ilə toqquşub.

İlkin məlumata görə, avtobus sürücüsü sükan arxasında yuxulayıb və qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxaraq yük maşını ilə toqquşub.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir. Faktla bağlı araşdırma aparılır.

Aslan Nadiroğlu