
-
- 21-01-2025, 11:58
- 1 834
Xalq artistinin səhhəti yenidən pisləşdi
İnsult keçirən xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib.
News24.az xəbər verir ki, bu haqda Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
O bildirib ki, səhhəti ağırlaşan Ənvər Həsənov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib./teleqraf.com
