Beşdən çox uşağı olan analara müavinət verilməsi ilə bağlı verilən - FƏRMANDA DƏYİŞİKLİK
    • 15-04-2019, 18:24
    • 1 097

Beşdən çox uşağı olan analara müavinət verilməsi ilə bağlı verilən - FƏRMANDA DƏYİŞİKLİK

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

News24.az bildirir ki, Fərmana əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında (2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668 ) aşağıdakı dəyişikliklərin edilməsinə aşağıdakı şəkildə qərar verilib:
1.1. adında “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə əvəz edilsin;
1.2. 1-ci hissədə “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə, “33 (otuz üç)” sözləri “55 (əlli beş)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.