-
- 29-01-2024, 12:53
- 278
Nazir Anar Fərəczadəyə yüksək vəzifə verdi
Heydər Əliyev Sarayında yeni təyinat olub.
News24.az Oxu.Az-a istinadla bildirir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib.
Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb.
Xatırladaq ki, sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə - 2023-cü ilin noyabrında təyin olunub.