![Ülviyyə Könül “Mədəniyyət” kanalının direktoru oldu](/uploads/posts/2021-10/1634649390_340fca41-182c-3f23-b3d2-dc37cfe4150e_8501.jpg)
-
- 19-10-2021, 17:16
- 818
Ülviyyə Könül “Mədəniyyət” kanalının direktoru oldu
Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub.
"AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib.
O, 2019-cu ilin oktyabrından indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.
Qeyd edək ki, əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.