“Əvvəllər “Həci” deyəndə, müqəddəs torpaqlar yada düşürdü, indi Şəbnəm”
    • 29-01-2024, 13:25
    • 240

“Əvvəllər “Həci” deyəndə, müqəddəs torpaqlar yada düşürdü, indi Şəbnəm”

Aktyor Fərda Xudaverdiyevin müğənni Şəbnəm Tovuzlu ilə “Xəbər-ətər” proqramında qonaq olub.

News24.az OLAY-a istinadla yazır ki, komediyaçı veriliş zamanı “Həci” mövzusu ilə bağlı zarafat edib.

“Əvvəllər “Həci” deyəndə, müqəddəs torpaqlar yada düşürdü, indi Şəbnəm Tovuzlu düşür. Şəbnəm Tovuzlu kod adı: “Həci”. Allah sizi xoşbəxt eləsin. Bundan qəşəng sizə maraqlı zarafat ağlınıza gəlsə, bu zarafa görə üzr istəyərəm. Mən söz toxuyuram”, - deyə, Fərda bildirib.

Ş.Tovuzlu isə Fərdadan gözləmədiyi zarafatı eşidəndən sonra öncə nə deyəcəyini bilməyib, daha sonra isə bu fikirləri söyləyib:

“Mən nə deyim buna? Fərdasan, dostumsan, keçdim sənə. Hər bir insan öz işi ilə bağlı fikirlərini deyir. Sərhəddi aşmadan söhbətlər olanda incimirəm. Rəfael və Coşqunun da yumorları var idi, gülmüşdük. Xoş gəlmişdi. Cizgini aşmadan etmişdilər. Mən heç zaman sərhəddi aşmamışam. Fərda da dostumuzdur”.