“Həci nə kəşfiyyatçı, nə siyasətçidir” - Şəbnəm Tovuzlu
    • 27-12-2022, 18:11
    • 955

“Həci nə kəşfiyyatçı, nə siyasətçidir” - Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlu son iki gündə İran mediası və Azərbaycan sosial şəbəkə istifadəçilərinin onunla bağlı etdiyi paylaşımlara münasibət bildirib. 

News24.az-a açıqlama verən müğənni qeyd edib ki, sözügedən xəbərləri ciddi qəbul etmir: “Biz İrana ziyarətə getmişik. Həci nə kəşfiyyatçı, nə siyasətçidir. Bizneslə məşğul olan adamdır. Ziyarətə getmək isə mənim çoxdankı arzum idi. Yoldaşım da məni arzuma çatdırdı. Biz xalqımızı, dövlətimizi, ölkəmizi sevirik. İran mediasındakı xəbərlər yalandır”. 

Qeyd edək ki, SEPAH-a məxsus teleqram kanalları Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir. Onların iddiasına görə, müğənni İrana kəşfiyyat məqsədi ilə gedib.  

Könül İBRAHİM