Rusiya ordusu bu əraziləri ələ keçirdi
    • 29-01-2024, 14:30
    • 108

Rusiya ordusu bu əraziləri ələ keçirdi

Rusiya hərbçiləri Xarkov vilayətinin Tabaevka kəndini ələ keçirib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Kupyansk istiqamətində Qərb qoşun qruplaşmasının bölmələrinin fəal hərəkətləri nəticəsində Xarkov vilayətinin Tabaevka qəsəbəsi ələ keçirilib. Ukrayna Silahlı Qüvvələrinin 30-cu və 32-ci mexanikləşdirilmiş briqadaları dəf edilib. Düşmən itkiləri 30-a qədər hərbçi, iki zirehli döyüş maşını, üç pikap, eləcə də bir Msta-B haubitsi olub”, - deyə məlumatda bildirilib.

Mehriban Mirzəzadə