Rusiya ordusu Xarkova daxil oldu
    • 24-02-2022, 11:33
    • 1 060

Rusiya ordusu Xarkova daxil oldu

Rusiya hərbi texnikası, o cümlədən zirehli texnikası Çerniqov, Sumı, Luqansk və Xarkov vilayətlərində dövlət sərhədini pozub.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, xüsusilə Çerniqov vilayətində düşmən texnikası Senkivka və Qremyaç keçid məntəqələrindən və digər istiqamətlərdən keçib.

Kolonların hərəkəti həmçinin Xarkov vilayətindəki Budarka keçid məntəqəsi vasitəsilə və Luqansk vilayətinin Milove keçid məntəqəsi istiqamətində də həyata keçirilib.

Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərinin əksər sərhəd bölmələri və sərhəd patrulları atəşə tutulub.

Mövcud məlumata görə, sərhədçilər arasında çoxlu sayda hərbçi yaralanıb.