Yaş fərqi artdıqca boşanma nisbətləri də artır - ARAŞDIRMA
    • 29-01-2024, 17:52
    • 356

Yaş fərqi artdıqca boşanma nisbətləri də artır - ARAŞDIRMA

Bütün dünyada boşanmaların sayı artıb. Emori Universiteti araşdırması ilə boşanma nisbətlərini açıqlayıb.

News24.az bildirir ki, TÜİK-in 2022-ci ildə apardığı araşdırmaya görə, evlilik müddətinə görə , boşanmaların 32,7 faizi evliliyin ilk beş ilində, 21,6 faizi isə evliliyin 6-10 ilində baş verir.

Evlilikdə yaş fərqinin əhəmiyyəti cütlərin yaşlarından, həyat tərzindən, dəyərlərindən və məqsədlərindən asılı olaraq dəyişə bilər. Bəzi cütlüklər üçün yaş fərqi əhəmiyyətli bir faktor deyil və bir-birlərini sevdikləri və dəstəklədikləri müddətcə xoşbəxt bir evlilik qura bilərlər. Digər cütlər üçün yaş fərqi ünsiyyət, münaqişələrin həlli və birgə qərarların qəbulu ilə bağlı problemlər yarada bilər.

Araşdırmalar göstərir ki, yaş fərqi evlilik uğuruna təsir edir. Məsələn, 10 yaş və daha çox yaş fərqi olan cütlüklərin boşanma ehtimalının eyni yaşda olan cütlüklərə nisbətən daha çox olduğu müəyyən edilmişdir. 

Nəzrin