Maldiv parlamentində dava: deputatlar dalaşdı
    • 30-01-2024, 16:45
    • 241

Maldiv parlamentində dava: deputatlar dalaşdı

Maldiv parlamentində yeni nazirlərin təsdiqi ilə bağlı hökumət və müxalifət deputatları arasında şiddətli toqquşmaların baş verdiyi zaman dramatik səhnələr yaşanıb.

News24.az bildirir ki, müxalifətdə olan Maldiv Demokratik Partiyasının (MDP) yeni seçilmiş prezident Məhəmməd Muizzunun kabinetinin 4 üzvünə etimad səsverməsini geri götürmək qərarından sonra səsvermə öncəsi xaos yaşanıb.

Bunun üzərinə Maldiv Tərəqqi Partiyası (PPM) və hakim Xalq Milli Konqresinin (PNC) üzvləri etiraz aksiyası keçirərək parlament iclasının davam etdirilməsinə mane olublar.

Hakim partiya koalisiya hökuməti qursa da, keçmiş prezident İbrahim Məhəmməd Salehin MDP-nin nəzarətində olan parlamentdə hələ də çoxluğa malik deyil.

Aynurə