-
- 31-01-2024, 09:23
- 233
İstanbuldakı kilsəyə hücumun DETALLARI
Yanvarın 28-də İstanbulda Katolik Kilsəsdə baş verən atışma İŞİD terror qruplaşmasının “Vilayət Xorasan” adlanan tacik hücrəsinin silahlıları tərəfindən törədilib.
News24.az xəbər verir ki, bu barədə “Yeni Şafak” şəhər polisinə istinadən məlumat yayıb.
Hücum edənlərin terror qruplaşmasının nəzarətində olan sosial şəbəkələr vasitəsilə əmr aldıqları vurğulanıb.
Hücumla bağlı saxlanılanların üçü Türkiyə sakini istisna olmaqla, Tacikistan vətəndaşıdır.
Qeyd edək ki, bundan əvvəl İtaliyan Müqəddəs Məryəm kilsəsində baş verən hadisədən bir neçə saat sonra atəş açan bir Rusiya və bir Tacikistan vətəndaşının saxlanıldığı bildirilib. Silahlı hücum nəticəsində 1 nəfər Türkiyə vətəndaşı vəfat edib.
Teymur Məmmədov