İŞİD Sərhəd zastavasına hücum etdi - 17 ÖLÜ
    • 6-11-2019, 13:23
    • 870

İŞİD Sərhəd zastavasına hücum etdi - 17 ÖLÜ

Tacikistanda 20 nəfərdən ibarət silahlı qrup Tacikistan-Özbəkistan sərhədində yerləşən İşkobod şəhərinin 4 nömrəli sərhəd zastavasına hücum edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurmada 15 hücumçu öldürülüb, habelə iki təhlükəsizlik işçisi şəhid olub. Bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hücum səhər saat 03: 23-də həyata keçirilib. Hücumçular beş "Kalaşnikov" markalı silahı ələ keçiriblər. Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 5 nəfər sağ ələ keçirilib.

Hadisə yerində əməliyyat istintaq qrupu yaradılıb. Bir neçə saat sonra Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi hücumu həyata keçirən şəxslərin İŞİD qruplaşmasının üzvləri olduğunu və sərhəddən Əfqanıstanın şimal-şərqindəki Kunduz əyalətinin Kalai-Zol mahalına keçdiyini bildirib. Dindirilən məhbuslar İşkobod sərhəd postunun onlar üçün “ən əlverişli yer” olduğunu etiraf etdiblər.