Rüfət Axundov efirdən qovuldu? - AÇIQLAMA - VİDEO
    • 16-04-2019, 11:50
    • 3 150

Rüfət Axundov efirdən qovuldu? - AÇIQLAMA - VİDEO

Bu gün Xəzər TV-də yayımlanan "Hər şey daxil" proqramında qonaq olan Rüfət Axundovun efirdən qovulması barədə xəbərlər yayılıb.

News24.az
xəbər verir ki, xəbərlərin yayılmasına proqramın gedişatında Rüfətin studiyada görünməməsi rəvac verib. Xəbərlərdə bildirilir ki, Rüfətin efiri tərk etməsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) göstərişi ilə olub. 

Baş verənlərə aydınlıq gətirmək üçün R. Axundovla əlaqə saxladıq. News24.az-ın sualına cavab olaraq, müğənni efirdən qovulmadığını bildirib. Qeyd edib ki, başqa yerə tələsdiyi üçün efiri özü yarımçıq tərk edib. 

Teymur MƏMMƏDOV