-
- 31-01-2024, 20:43
- 202
XİN -dən Çexiya Deputatlar Palatasının sədrinə CAVAB
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovaya cavab verib.
News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial media hesabında paylaşımında deyib.
"Çexiya qanunverici orqanının rəhbəri Marketa Pekarova Adamova saxta erməni rəvayətlərinə əsaslanan məsələləri şərh etmək əvəzinə, Ermənistanın öz konstitusiyasında və qanunvericiliyində qonşularına qarşı ərazi iddialarını nə vaxt aradan qaldıracağını soruşmalı idi", - deyə əlavə edilib.
Qeyd edək ki, Çexiya parlamentinin Deputatlar Palatasının sədri Ermənistanda səfərdədir.