Türkiyə ordusu 13 terrorçunu məhv etdi
    • 31-01-2024, 22:55
    • 175

Türkiyə ordusu 13 terrorçunu məhv etdi


Türkiyə ordusu Suriyanın şimalındakı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgələrində PKK/YPK terror təşkilatının 13 üzvünü zərərsizləşdirib.

News24.az “Qafqazinfo”a istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorçular əməliyyat bölgələrinə hücum edərkən məhv edilib.