Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirildi
    • 27-04-2022, 01:22
    • 520

Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu Suriyanın şimalında 10 YPG/PKK terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin “Sülh bulağı”, “Fərat Qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatları zonasında silahlılar müəyyən edilərək məhv edilib.

Nazirlik əlavə edib ki, Türkiyə təhlükəsizlik qüvvələri Suriyanın şimalında terrorçuların yuvalarına sarsıdıcı zərbələr endirməkdə davam edir.
/Trend.az/