-
- 1-02-2024, 10:00
- 192
Fələstinlilərin ABŞ-a giriş qadağan edildi
ABŞ Konqresinin Nümayəndələr Palatası Fələstin Azadlıq Təşkilatının (FAT) bütün üzvlərinin ABŞ-a girişini qadağan edən qanun layihəsini qəbul edib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Təşəbbüs təşkilatın vəzifəli şəxslərinin ölkəyə girişinə əvvəllər tətbiq edilmiş qadağanı genişləndirir və Fələstin Azadlıq Təşkilatının bütün üzvlərinin ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur. Qanun layihəsi həmçinin Fələstinin HƏMAS və İslami Cihad hərəkatları ilə əlaqəsi olan şəxslərin, həmçinin 2023-cü il oktyabrın 7-də İsrailə hücumun iştirakçılarının ABŞ-a girişini qadağan edəcək.
Nümayəndələr Palatasının 422 üzvü qanun layihəsinin lehinə, iki qanunverici isə əleyhinə səs verib.
Mehriban Mirzəzadə