-
- 1-02-2024, 12:35
- 362
"Parkovşik"lər yığışıb - Deputat
Qısa müddət əvvəl tətbiq edilən «Azparking» müsbət nəticələrini verməkdədir. Sürücüləri qeyri-müəyyən vəziyyətdən çıxaran səviyyəli sistemdir. Qeyri-qanuni fəaliyyət göstərən «parkovşik»lər yığışıb. Bu sistemdə bəzi kateqoriyalar güzəştə malikdir. Təklif edirəm ki, güzəştlər digər kateqoriyalara da şamil edilsin.
News24.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı millət vəkili Fəzail Ağamalı təklif edib.
Deputat bildirib ki, güzəştlərin tətbiq edilməsi daha ədalətli olar:
«İnsanlar 8 saat iş yerində olur və avtomobili iş yerinin qarşısında saxlayır. Onlara güzəşt tətbiq edilmir. Əgər saatı 1 manatdırsa, müddəti keçdikdə məbləğ yüksəlir. İş yerləri qarşısında saxlanılan avtomobillərə güzəşt edilməlidir. Digər bir güzəştin ali məktəblərə avtomobillə gələn müəllim və tələbələrə şamil edilməsini təklif edirəm».
Qumral Əliyeva