-
- 1-02-2024, 13:56
- 452
Ayla Vəlixanova faciəvi şəkildə öldü
Qubada 14 yaşlı qız dəm qazından ölüb.
News24.az Modern.az-a istinadla bildirir ki, hadisə rayonun Hacıhüseynli kəndində baş verib.
Belə ki, kənd sakini Ayla Vəlixanova dəm qazından zəhərlənmə diaqnozu ilə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, məktəbli qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.