Göyçay sakini dəm qazından zəhərlənib
    • 24-01-2024, 08:55
    • 170

Göyçay sakini dəm qazından zəhərlənib


Goyçayda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayonun Potu Kürd kənd sakini, 1961-ci il təvəllüdlü Süleymanova Xuraman Əmir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Reanimasiyaya yerləşəndirilən şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.