“Avtoş qaqaşlar“ meydan SULAYIR
    • 2-02-2024, 14:25
    • 641

“Avtoş qaqaşlar“ meydan SULAYIR

Son zamanlar cəmiyyətdə bir fikir geniş şəkildə müzakirə edilir – alman maşınlarından imtina edək! Alman maşınları dünyada ən bərk gedən markadır. Dünya müharibəsində almanlar məğlub olsalar da toparlanmağı bacardılar. Hazırda alman sənayəsi dünyaya meydan oxuyur. Maşınları da elə -belə deyil, yollarda qan edir, o məşhur filmdə deyildiyi kimi “ yağ kimin gedir “. Yol demiş, ölkəmizdə yol sənayəsi sürətli şəkildə inkişaf edib. Maşallah, hara baxırsan şüşə kimi yollardı. Bizdə Formula-1 nəinki ildə 3 gün, demək olar ki, ilin hər gündə keçirilir. 

Yollarda Almaniya və digər maşın sənayəsində inkişaf edən dövlətlərin avtomobillərinə sahib olan “avtoş qaqaşlar“ qan edir. Nə deyəsən bu  Priuslarlara. Nə gözəl vaxtlar idi. Baş verən bütün qəzaların səbəbi bir idi – yüksək sürət. Yoxsa indiki kimi maşınların yavaş sürətlə haralarasa dırmaşdığının şahidi olmurduq. Sanasan ki, maşın deyil, Koroğlunun Qratıdı.  Burda da qəza edənlər iki qrupa bölünürdü. 06, 07 kimi urusdan qalma jiqulilərlə qəza edənlər biraz ağır tənqid edilirdi. Xüsusi ilə orta məktəblərdəki Son zəng tədbirlərində məzun gənclərin əlində ola bu avtomibillər yollarda kamikadzeyə çevrilirdi. Birdə vardı digər növ qəza edənlər, tanka bənzəyən, təyyarə sürəti ilə gedən xaricilərin buraxdığı avtomobillər. Və onu təyyarə kimi uçurdan cayıllar. 06,07 – lər demək olar ki, sıradan çıxdı. İndi onları Pliuslar əvəz edir. Kasıb sürməyə həmişə maşın tapır. Olmasın Jiquli, olsun Plius. Nə edək, bizim də ayağımız yerdən üzülməlidir ya yox. Şəhərdə atla gəzəsi deyilik ki? Ancaq velosiped də pis deyil. Maşallah,  velosipedlər üçün yollarda  hissələrdə ayrılıb. Daha nə edilməlidir ? Alıb hərəmizə bir velosiped verəcək deyirlər ki ? Ancaq bunu da diqqət etmək lazımdır ki, velosipedlərimizdə alman markası olmasın. Sürürüksə milli sürək. Xeyr ola, Almaniya Makronla birləşib üstümüzə gəlir, bizdə bunların velosipedini sürək. Olmadı milli, bazar doludu gitayski mallarla. Heç olmasa Çinin səsi çıxmır, babatda iqdisadi əlaqələrimiz var.

 Avropanın başını buraxmaq lazımdı, bu dəqiqə pul Şərqdədi. Di baxın Hindistana, bütün qlobal şirkətlər öz ofisini ora köçürür. Dünyada harda bərk gedən şirkət varsa CİO-su hindlilərdi. Düzdü, Hindistan bizə fors edib Ermənistana silahlar verir. Amma ermənilər də o silahı sadəcə yığır, şəkil çəkdirir, albomun bir qırağında saxlayırlar ki, gələcəkdə nəvələrinə göstərib” biz buraxan silahlar idi “ desinlər. Hindlilər oları tanımasada, biz yaxşı tanıyırıq. Zarafat deyil, o boyda dolmamıza göz  qoymuşdular. Müharibədən sonra dolmanında canı qutardı. Nə vaxt baxırdın, ermənilər hansısa Avropa  şəhərində tədbir keçirib, dolmanı özlərinki kimi təqdim edirlər. Yumruğun dəmirdən olanı təpələrinə dəyəndən sonra dolmazad da yaddan çıxıb. Artıq belə xəbərlər almırıq. Elə Fransa, Almaniyada çox keçirilirdi belə tədbirlər. Almaniyada demiş, deyirəm almanlarda  dəhşətdir, Makronun ha daydayıları ermənilər olub, Şolza nə olub bilmirəm. Makrona dədəsi deməyibmi ki,  almanlar bizi məhv etməyə  gələndə bizə  köməyə gələnlərdən biri də azərbaycanlılar idi. Şarl de Qoll görsəydi ki, Makron almanlarla birləşib Əhmədiyyə Cəbrayılovun millətinə belə xainlik edir, nə hislər keçiridi görəsən? Hərçən bunu təsəvvür etmək elədə çətin deyil . Düz deyir hörmətli deputatımız,  Almaniya və Fransa kimi ölkələrin  avtomobillərini sürməkdənsə velosiped sürüb at çapsaq  yaxşıdı. Gedək özümüzə yaxşı cins Qarbağ atları seçək. Tembolli bu il ekologiya ilidi, tədbir filan var. Həmdə Qarabağ atlarını şəhərə gələn avropalı qonaqlara göstərərik, olar nə bilir at nədir? Mindikləri ancaq Mercedes, BMW olub. Birdə gördün almanlar özləri də Mercedesdən imtina edib keçdilər Qarabağ atlarına. Nə gözəl. Dünya ekologiyasına tövhə vermiş olarıq.

Zeynal