Mahsun Kırmızıgülün qızı - FOTO
    • 2-02-2024, 15:43
    • 574

Mahsun Kırmızıgülün qızı - FOTO

Məşhur müğənni və aktyor Mahsun Kırmızıgül ötən gün qızı Lavinlə Akmerkezdə görüntülənib.

News24.az publika.az-a istinadən xəbər verir ki, ata-qız uzun müddət mağazaları gəzərək alış-veriş edib. Daha sonra jurnalistləri görən Lavin "Çəkməyin, çəkməyin" deyib və atasının əlindən tutaraq ordan uzaqlaşıb. Mahsunun qızı atasına bənzərliyi ilə diqqət çəkib.

Qeyd edək ki, 55 yaşlı məşhurun keçmiş həyat yoldaşı Ece Binaydan bir qızı və bir oğlu var. Cütlük 2022-ci ilin aprelində rəsmi qaydada boşanıb.