Zelenski Tokayevlə danışdı
    • 2-02-2024, 19:30
    • 223

Zelenski Tokayevlə danışdı

Fevralın 2-də Ukrayna Prezidenti Vladimir Zelenski Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram səhifəsində məlumat yayıb.

"Biz Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışdıq. İlk növbədə, ölkəmizə göstərilən humanitar yardıma görə ona təşəkkür etdim", - deyə Zelenski yazıb.

Qeyd edək ki, prezident həmkarına Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə təhlükəsizlik müşavirlərinin işinin nəticələri və Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri barədə də məlumat verib.

Prezidentlər həmçinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin və siyasi dialoqun fəallaşdırılmasını müzakirə ediblər.

Mehriban Mirzəzadə