Ərdoğanla Zelenski arasında telefon danışığı olub
    • 20-09-2022, 19:16
    • 512

Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefonla danışıb.

News24.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.


Zelenski isə öz "Twitter" hesabında telefon danışığı zamanı tərəflərin cari təhlükəsizlik məsələlərini müzakirə etdiyini bildirib.

Qeyd olunub ki, telefon danışığı Prezident Ərdoğanın BMT Baş Assambleyasında çıxışından əvvəl aparılıb.