-
- 3-02-2024, 12:44
- 263
Anasını bacısıgildə öldürübmüş - Sumqayıtdakı qətlin TƏFƏRRÜATI
Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində qadının qətlə yetirilməsinin bəzi təfərrütları məlum olub.
News24.az APA-nın Sumqayıt müxbirinə istinadən xəbər verir ki, qətlə yetirilən 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızının 3 övladı var. Qadın qızı ilə birgə yaşayırmış. Məlumata görə, qadının oğlu bacısıgilə gedib, qapını anası açıb. O, anasını orada qətlə yetirib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.