Saraya basqın: Başçını öldürüb, xanımını qaçırdılar
    • 3-02-2024, 20:44
    • 282

Saraya basqın: Başçını öldürüb, xanımını qaçırdılar

Nigeriyada silahlı qruplaşma Kvara əyalətinin başçısı Sequn Aremunun sarayına basqın edib.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, silahlılar Aremunu öldürərək həyat yoldaşı və bir nəfəri saraydan qaçırıblar.

Polis hücumu həyata keçirənləri yaxlamaq üçün araşdırmalara başlayıb.

Əyalətin qubernatoru Əbdülrəhman Əbdülrəzaq cinayətkarların mütləq tutulacağını deyib.

Nigeriyada yerli rəhbərlərin nüfuzları böyükdür, Konstitusiya sistemində heç bir rolları olmasa da, ictimai həyatda hörmətli şəxslərdir. Regional başçılar hökumətlə yerli əhali arasında mübahisələrin həllində mühüm rol oynayırlar.

Nigeriyada adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə (pul, əvəz) müqabilində adam oğurluğu adi haldır. Silahlılar ölkənin şimalındakı kəndləri, məktəbləri və turistləri tez-tez hədəf alır və fidyə tələb edirlər.

Ötən ilin mayından bəri ölkədə 4 min nəfər qaçırılıb.

Nigeriya əhalisi tez-tez ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələr, həmçinin İŞİD terror təşkilatının Qərbi Afrika qolu “Boko Haram” və ISWAP-ın hücumlarına məruz qalır.