-
- 3-02-2024, 21:13
- 497
23 yaşlı boksçu öldü: İlk və əbədi məğlubiyyət
Yüngül çəkidə mübarizə aparan yaponiyalı boksçu Kazuki Anaquçi dünyasını dəyişib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, 23 yaşlı idmançının ölüm səbəbi Seiya Tsutsumi ilə yüngül çəkidə Yaponiya çempionu titulu uğrunda döyüşdə aldığı xəsarətlər alması olub. Döyüş 2023-cü ilin dekabrın 26-da baş tutub.
Anaquçi bu döyüş zamanı 4 dəfə naqdauna düşüb. Bununla belə, sona qədər - 10 raund döyüşə bilib və karyerasında ilk məğlubiyyətini alıb.
Bildirilir ki, ona döyüşdən sonra subdural hematoma diaqnozu qoyulub. Dərhal xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Lakin yaponiyalı boksçu ayılmayıb.