-
- 3-02-2024, 23:48
- 353
Müdafiə naziri gizlicə evləndi - arvadı 20 yaş kiçikdir
Almaniyanın 63 yaşlı müdafiə naziri Boris Pistorius özündən 20 yaş kiçik qadınla gizli evlənib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə “Bild” yazıb.
Pistorius ötən ilin əvvəlində 43 yaşlı Culiya Şuanholz ilə görüşməyə başlayıb. Onlar tez-tez ictimai tədbirlərdə iştirak ediblər. Şuanholz Duisburq-Essen Universitetində politoloqdur.
Nazir yeni ilə az qalmış sevgilisi ilə ailə qurub. Müdafiə Nazirliyi bu məlumatı jurnalistlərə təsdiqləyib.
“Bild”in köşə yazarı Florian Kain xatırladıb ki, Pistorius hazırda Almaniyada ən populyar siyasətçidir. O, kansler Olaf Şolzdan qat-qat populyardır.
“O, toyunu və yeni məhəbbətini cəlb olunmuş media ilə asanlıqla qeyd edə bilərdi. Amma Pistorius bunu bir neçə həftə ərzində özündə gizli saxladı. Bu, onun yaxşı instinktlərə malik olduğunu göstərir", - Kain bildirib.