Geomaqnit qasırğası gözlənilir
    • 5-02-2024, 11:56
    • 203

Geomaqnit qasırğası gözlənilir

Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə News24.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.