-
- 5-02-2024, 14:55
- 199
Azərbaycanda zəhərlənmədən 7 nəfər ÖLDÜ
Yanvarda 664 nəfər zəhərlənib.
Bu barədə News24.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.
“Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir”, - qurumdan bildirilib.
Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib: “Onlardan 6-sı kişi, 1-i qadın olub”.