KTM-də bir ayda 4 nəfər zəhərlənmədən ölüb
    • 2-02-2023, 11:20
    • 255

KTM-də bir ayda 4 nəfər zəhərlənmədən ölüb

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 1161 nəfər müraciət edib.

News24.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, onlardan 128-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 59-u dərmandan, 20-si sirkə turşusundan, 18-i dəm qazından, 11-i alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 11-i allergik reaksiya, 5-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 54-ü qadın, 48-i kişi, 26-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 1 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü kişi, 1-i qadındır.