Dünya müharibəsi üçün tarix verildi -
    • 5-02-2024, 21:58
    • 165

Dünya müharibəsi üçün tarix verildi - "Bu adam səbəb olacaq"

ABŞ Prezidenti Co Baydenin fəaliyyəti nəticəsində onun bu vəzifədəki müddəti bitməmiş Üçüncü Dünya müharibəsi başlaya bilər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

“Mümkündür ki, prezidentlik müddəti bitməmiş Üçüncü Dünya müharibəsini yaşayacağıq”, - sabiq prezident vurğulayıb.

Tramp əlavə edib ki, dünya ictimaiyyəti artıq Co Baydenə hörmət etmir.

Bundan əvvəl Çinin “Global Times” qəzeti yazmışdı ki, NATO baş katibi Yens Stoltenberqin Rusiya və Çinlə bağlı bəyanatı alyansın dünya müharibəsinə başlamaq istəyinə dəlalət edir. NATO rəhbəri Çini “uzunmüddətli perspektivdə ən böyük təhlükə”, Rusiyanı isə “ən təcili təhlükə” adlandırıb.