Biletlər baha satıldı, amma Messi oynamadı - VİDEO
    • 5-02-2024, 22:05
    • 371

Biletlər baha satıldı, amma Messi oynamadı - VİDEO

ABŞ-nin “İnter Mayami” klubunun baş məşqçisi Xerardo Martino komandanın hücumçusu Lionel Messinin “Honq Konq XI” klubu (4:1) ilə qarşılaşmada oynamamasının səbəbini açıqlayıb.

Bu barədə RTV  “South China Morning Post”a istinadən xəbər verir.

Xatırladaq ki, tribunalarda ulduz futbolçuları meydanda gözləyən 38 min 323 azarkeş olub. Bununla belə, Messi bütün görüşü ehtiyat oyunçular skamyasında keçirib. Çünki onun bud nahiyəsində dartılma olub, Suares isə heç bir səbəb olmadan ehtiyatda qalıb.

Matçın  biletinin  minimum qiyməti 115 avro olub.