Messiyə meydanda şüşə ATILDI
    • 5-09-2023, 09:58
    • 293

Messiyə meydanda şüşə ATILDI

MLS-də Los Anceleslə səfər oyunundan sonra bir azarkeş "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messiyə şüşə atıb. 

News24.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Hadisə Messi mühafizəçisinin müşayiəti ilə futbol meydançasını tərk edərkən baş verib. Şüşənin ona dəymədiyi bildirilib.

Qeyd edək ki, görüş Mayami klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 14-cü dəqiqədə “İnter Mayami”nin yarımmüdafiəçisi Fakundo Farias açıb. 51-ci dəqiqədə Xordi Alba qonaq komandanın üstünlüyünü dubl edib. Ona argentinalı hücumçu Messi kömək edib. 83-cü dəqiqədə Messi topu Leonardo Kampana ötürərək ikinci ötürməni edib. Meydan sahiblərinin yeganə qolunu 90-cı dəqiqədə Rayan Hollinqşed vurub.

Aynurə