-
- 6-02-2024, 07:34
- 1 132
Güclü zəlzələ oldu: bu bölgədə əhali...
Venesuelanın şimalındakı Sukre ştatında 5,1 maqnitudalı zəlzələ baş verib.
News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 40 min nəfər əhalisi olan Quiriya şəhərindən 12 km şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.