5,7 maqnitudalı zəlzələ oldu
    • 24-12-2023, 08:51
    • 1 066

5,7 maqnitudalı zəlzələ oldu


Çili sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

News24.az apa-ya istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, yeraltı təkanların episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə olub.

Zəlzələ ocağı yerin 19 kilometr dərinliyində yerləşib.